Bank Of Baku

Ann Dersi: “Azad və peşəkar medianın işi çox vacibdir”

Ann Dersi: “Azad və peşəkar medianın işi çox vacibdir”
# 24 iyul 2008 10:11 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva – APA. “Media azadlığı olmadan demokratiya və azad cəmiyyət ola bilməz. Azad mətbuatın rəqabət şəraitində inkişafı üçün şərait yaradılmalıdır”. Bunu Azərbaycan Siyasi və Mülki Müdafiə Mərkəzinin keçirdiyi sorğuda “Jurnalistlərin dostu” nominasiyasının qalibi olan ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi deyib. A. Dersi ABŞ-ın Azərbaycanda söz və mətbuat azadlığını dəstəklədiyini bildirib. Səfir bir daha bəyan edib ki, seçkilər ərəfəsində həm Azərbaycanda, həm də ABŞ-da medianın rolu çox önəmlidir: “Seçicilər mövqelərini medianın reportajları əsasında formalaşdırırlar. Ona görə də azad və peşəkar medianın işi çox vacibdir”. A. Dersinin sözlərinə görə, Azərbaycan demokratik inkişaf yolu seçib və ABŞ bu yolda ölkəmizi dəstəkləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR