Bank Of Baku

Azərbaycan və Türkiyə prezidentləri BTQ-nin Türkiyə hissəsinin təməlinin qoyulmasını mühüm hadisə kimi qiymətləndiriblər

Azərbaycan və Türkiyə prezidentləri BTQ-nin Türkiyə hissəsinin təməlinin qoyulmasını mühüm hadisə kimi qiymətləndiriblər
# 24 iyul 2008 10:57 (UTC +04:00)
APA-nın “AzerTAc” dövlət Agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim sürətlə inkişaf etməsindən məmnunluqlarını ifadə edib, Azərbaycan və Türkiyənin qlobal layihələrdə birgə iştirakının qarşılıqlı əlaqələrin möhkəmlənməsinə, habelə regional əməkdaşlığın daha da genişlənməsinə xidmət etdiyini vurğulayıblar. Prezidentlər Bakı-Tiflis-Qars dəmir yolunun Türkiyə hissəsinin təməlinin qoyulmasını mühüm hadisə kimi səciyyələndiriblər. Bildirilib ki, bu dəmir yolu ümumən regionda iqtisadi əməkdaşlığın genişlənməsi baxımından çox önəmli layihədir.
Görüşdə iki dost-qardaş ölkə arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub, qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR