Bank Of Baku

“Beşlər” “dördlük” formatında fəaliyyətlərini davam etdirəcəklər

“Beşlər” “dördlük” formatında fəaliyyətlərini davam etdirəcəklər
# 24 iyul 2008 11:29 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Son vaxtlara qədər “beşlər” formatında fəaliyyət göstərən partiyalar bundan sonra “dördlük” formatında fəaliyyətlərini davam etdirmək qərarına gəliblər.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, 4 təşkilatın – Milli İstiqlal, Demokrat, Müsavat partiyalarının və “Azərbaycan Naminə” İctimai Forumunun rəhbərlərinin toplantısında bu barədə qərar qəbul edilib. O bildirib ki, Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu siyasi mövqeyini dəyişdiyi üçün toplantıya dəvət edilməyib. İclasda formatın genişləndirilməsinin məqsədəuyğun olmadığına və bu şəkildə fəaliyyəti davam etdirməyə qərar verilib. Yığıncaqda həmçinin bu ilin oktyabrında keçiriləcək prezident seçkiləri ilə bağlı müzakirələr aparılıb və seçki ərəfəsində fəaliyyətin əlaqələndirilməsi vacib sayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR