Bank Of Baku

Azərbaycanda da “Ergenekon” fəaliyyət göstərir

Azərbaycanda da “Ergenekon” fəaliyyət göstərir
# 24 iyul 2008 11:32 (UTC +04:00)
“Ergenekon” Türk Dünyası Araşdırmalar Mərkəzi (TDAM) adlanan təşkilatın təsisçisi və rəhbəri Çingiz Muxtar APA-ya açıqlamasında bildirib ki, “Ergenekon” TDAM ilə Türkiyədəki eyni adlı təşkilat arasında heç bir əlaqə olmayıb. Ç. Muxtar rəhbərlik etdiyi təşkilatın 2005-ci ildə təsis olunduğunu və dövlət qeydiyyatından keçdiyini vurğulayıb: “Türkiyədəki “Ergenokon” təşkilatında təmsil olunan şəxslərin çoxu dövlət məmurudur, biz isə sıravi insanların təşkilatını yaratmışıq. Həmin təşkilatla heç bir əlaqəmiz yoxdur. Sadəcə, təşkilatların adı eynidir. Buna görə də Türkiyədəki əməliyyatlar və həbslərlə əlaqədar bizi narahat edən olmayıb”. Türkiyədə heç bir istiqamətdə fəaliyyət göstərmədiklərini vurğulayan Ç. Muxtar yaxın vaxtlarda Orta Asiya ölkələrində rəhbərlik etdiyi qurumun şöbələrinin yaranacağını qeyd edib.
Qeyd edək ki, Türkiyədəki “Ergenekon” təşkilatı hökuməti silahlı yolla devirmək cəhdində günahlandırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR