Bank Of Baku

Açıq Cəmiyyət Partiyasının prezident seçkilərində iştirakı sual altındadır

Açıq Cəmiyyət Partiyasının prezident seçkilərində iştirakı sual altındadır
# 24 iyul 2008 13:59 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Açıq Cəmiyyət Partiyası (ACP) liderinin Azərbaycanda olmaması bu siyasi qüvvənin prezident seçkilərində iştirakını sual altında qoyub.
Partiyanın sədri Akif Şahbazov APA-ya açıqlamasında bildirib ki, ACP-nin seçkilərdə iştirak edib-etməyəcəyi bəlli deyil. Onun sözlərinə görə, R. Quliyev ölkədə olmadan dəfələrlə seçkilərə qatılaraq uğur qazanıblar, amma real nəticə əldə edilməyib: “Biz bu ənənəvi üsuldan əl çəkib, seçki dövründə liderimizin Azərbaycanda olmasına çalışırıq. Seçki prosesində iştirak edib-etməmək isə ikinci məsələdir. Amma seçkidə iştirakda maraqlıyıq”. Rəsul Quliyevin Azərbaycana gələ bilməyəcəyi təqdirdə partiyanın seçkidə iştirak edib-etməyəcəyinə gəldikdə, A. Şahbazov bu barədə əvvəlcədən qəti fikir söyləməyi mümkünsüz sayıb. Bununla bərabər partiya sədri qeyd edib ki, onlar başqa namizədi dəstəkləmək fikrində deyillər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR