Bank Of Baku

Asim Mollazadə ABŞ-ın Los-Anceles Tolerantlıq Mərkəzinin rəhbəri ilə görüşüb

Asim Mollazadə ABŞ-ın Los-Anceles Tolerantlıq Mərkəzinin rəhbəri ilə görüşüb
# 24 iyul 2008 14:08 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə ABŞ-ın Los-Anceles Tolerantlıq Mərkəzinin rəhbəri, ravvin Abraham Kuperlə görüş keçirib.
DİP-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycandakı etnik və dini məsələlər, həmçinin Ermənistan-Azərbaycan münaqişəsi ətrafında yaranmış vəziyyət müzakirə olunub. A. Mollazadə Azərbaycanda etnik və dini tolerantlığın mövcud olduğunu deyib. O, ABŞ din xadiminə Dağlıq Qarabağ ətrafında yaranmış durum, ermənilərin bu ərazilərdə törətdikləri vandalizm aktları və Xocalı qırğını haqqında məlumat verib. Görüşdə Los-Ancelesdəki yəhudi icmasının təmsilçisi Ceyson Kats da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR