Bank Of Baku

Müsavat Partiyası avqustun 1-nə təyin etdiyi piketi keçirməkdə israrlıdır

Müsavat Partiyası avqustun 1-nə təyin etdiyi piketi keçirməkdə israrlıdır
# 24 iyul 2008 14:28 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Bakı şəhər İcra Hakimiyyəti icazə verməsə belə, Müsavat Partiyası avqustun 1-nə təyin etdiyi piketi keçirəcək”. Bunu APA-ya açıqlamasında partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. O, piketlə bağlı şəhər rəhbərliyinə müraciət edildiyini, aksiyada sərbəst toplaşmaq azadlığının bərpa edilməsi və seçkiqabağı şəraitin demokratikləşdirilməsinin tələb olunacağını bildirib. Partiyanın mitinq təyin edib-etməyəcəyinə gəldikdə, A. Hacılının bu məsələnin Müsavat Məclisinin növbəti iclasında müzakirəyə çıxarılacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR