Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub

Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub
# 25 iyul 2008 06:59 (UTC +04:00)
Dağlıq Qarabağ – APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 24-də saat 11.00-dan 11.15-dək və 18.20-dən 18.40-dək fasilələrlə Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Fərəhli kəndi ərazisində yerləşən mövqelərini, saat 16.15-dən 16.30-dək və iyulun 25-də saat 00.00-dan 00.15-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.00-dan 22.30-dək Füzuli rayonunun Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən, iyulun 25-də saat 03.00-dan 03.15-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR