Bank Of Baku

ATƏT sədrinin xüsusi nümayəndəsi Heikki Talvitie Azərbaycana səfər edəcək

ATƏT sədrinin xüsusi nümayəndəsi Heikki Talvitie Azərbaycana səfər edəcək
# 25 iyul 2008 07:58 (UTC +04:00)
ATƏT-in Bakı Ofisinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iki günlük səfər zamanı səfir Talvitie prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, siyasi partiya rəhbərləri və mətbuat nümayəndələri, eləcə də ATƏT-ə üzv olan dövlətlərin Bakıdakı səfirləri ilə görüşəcək. H. Talvitie səfərin sonunda – iyulun 30-da mətbuat konfransı keçirəcək.
Qeyd: Səfir Heikki Talvitie 1939-cu ildə Finlandiyanın Viipuri şəhərində anadan olub. 1963-cü ildə Helsinki Universitetinin siyasi elmlər fakültəsini bitirdikdən sonra Xarici İşlər Nazirliyində (1964) fəaliyyətə başlayıb. Diplomatik fəaliyyəti dövründə H. Talvitie Finlandiyanın Belqradda (1984-1988), Moskvada (1988-1992) və Stokholmda (1996-2002) fövqəladə və səlahiyyətli səfiri olub. Bundan başqa, səfir Talvitie ATƏT-in Minsk Konfransının həmsədri (1995-1996) və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi (2003-2006) vəzifələrində çalışıb. 2008-ci ilin yanvar ayından o, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi elçisidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR