Bank Of Baku

ATƏT prezident seçkilərini izləmək üçün Azərbaycana 30 nəfərlik uzunmüddətli və 450 nəfərlik qısamüddətli müşahidəçi qrupu göndərəcək

ATƏT prezident seçkilərini izləmək üçün Azərbaycana 30 nəfərlik uzunmüddətli və 450 nəfərlik qısamüddətli müşahidəçi qrupu göndərəcək
# 25 iyul 2008 09:18 (UTC +04:00)
ATƏT-in Bakı Ofisinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, X. L. Herrero ATƏT/DTİHB-nin qarşıdan gələn prezident seçkilərini izləmək üçün normal hazırlıq prosesini davam etdirdiyini bildirib: “İyun ayında DTİHB Azərbaycanda qiymətləndirmə missiyasını həyata keçirdi və bunun nəticələri artıq nəşr olunub. Buna əsasən, DTİHB 30 nəfərlik uzunmüddətli və 450 nəfərlik qısamüddətli standart müşahidəçi qrupunun Azərbaycana göndərilməsini tövsiyə edib. Azərbaycan hökuməti də artıq bəyan edib ki DTİHB-nin Seçkilərin Müşahidəsi Missiyası müsbət qarşılanacaq”.
Diplomat ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) Azərbaycandakı prezident seçkilərini izləməyəcəyini də qeyd edib: “ATƏT PA-nın prezidenti, cənab Joao Soares bunu rəhbərlik etdiyi qurumun diqqəti əsasən parlament seçkilərinə yönəltməsi və ATƏT ərazisində bütün seçkiləri izləmək üçün ATƏT PA-nın kifayət qədər insan resurslarına malik olmaması ilə izah edib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR