Bank Of Baku

Fuad Muxtarov: “AMİP prezident seçkilərində iştirak etməyə bilər”

Fuad Muxtarov: “AMİP prezident seçkilərində iştirak etməyə bilər”
# 25 iyul 2008 10:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bu ilin payızında keçiriləcək prezident seçkilərində iştirak etməyə bilər. Partiyanın sədr əvəzi, baş katib Fuad Muxtarov APA-ya açıqlamasında bildirib ki, seçkiyə çox az qaldığından bu müddətdə yüksək səviyyəli hazırlıq görmək mümkün deyil. “AMİP-in seçkiyə qatılmamaq ehtimalı nə qədərdir” sualına F. Muxtarov “100 faiz” cavabını verib: “Nə şərait, nə də imkan var. Bütün imkanlar məhdudlaşdırılıb, müxalifət təcrid vəziyyətinə düşüb”. F. Muxtarov bildirib ki, yaxın günlərdə partiya rəhbərliyinin toplantısı keçiriləcək və bu barədə qərar qəbul ediləcək. AMİP-in seçkilərdə digər namizədi dəstəkləyib-dəstəkləməyəcəyinə gəldikdə, F. Muxtarov bu barədə indidən qəti fikir söyləməyi mümkün saymayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR