Bank Of Baku

Araz Əlizadə: “ASDP istənilən halda prezident seçkilərində iştirak edəcək”

Araz Əlizadə: “ASDP istənilən halda prezident seçkilərində iştirak edəcək”
# 25 iyul 2008 11:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) prezident seçkilərində iştirak edəcək. Bu barədə APA-ya açıqlamasında partiyanın həmsədri Araz Əlizadə bildirib. Onun sözlərinə görə, partiyanın 2003-cü ildə keçirilən qurultayında bütün seçkilərdə iştirak etməklə bağlı qərar qəbul edilib. A. Əlizadə seçkilər elan olunduqdan sonra partiyanın Mərkəzi Komitəsinin plenumunun keçiriləcəyini və namizədin irəli sürüləcəyini qeyd edib. Namizədin kimliyinə gəldikdə, A. Əlizadə bu barədə əvvəlcədən konkret fikir bildirmək istəməyib. ASDP-nin digər həmsədri, eks-prezident Ayaz Mütəllibovun seçkilərdə namizəd olmaq üçün bəzi hüquqi problemlərlə qarşılaşdığını qeyd edən A. Əlizadə partiyanın istənilən halda seçkiyə qatılacağını vurğulayıb: “Namizəd isə kollegial qurum olan Mərkəzi Komitədə müəyyənləşəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR