Bank Of Baku

Azərbaycanda prezident seçkilərini müşahidə edəcək beynəlxalq təşkilatların siyahısı dəqiqləşdirilir

Azərbaycanda prezident seçkilərini müşahidə edəcək beynəlxalq təşkilatların siyahısı dəqiqləşdirilir
# 25 iyul 2008 12:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanda keçiriləcək prezident seçkiləri elan olunduqdan sonra Mərkəzi Seçki Komissiyası, Xarici İşlər Nazirliyi və Milli Məclis bu seçkiləri müşahidə etmək üçün beynəlxalq təşkilatlara, ayrı-ayrı dövlətlərin seçki qurumlarına rəsmi dəvətnamələr göndərəcək. MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımovun APA-ya verdiyi məlumata görə, hazırda müşahidəyə dəvət ediləcək xarici qurumların siyahısı dəqiqləşdirilir. R. Qasımov seçkini müşahidə edəcək bütün xarici müşahidəçilərin MSK-da akkreditasiyadan keçməsinin vacib olduğunu qeyd edib. Şöbə müdiri müşahidəçilərin səfərlərinin sentyabrın əvvəllərindən başlayacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR