Bank Of Baku

ADP partiyanın İmişli rayon təşkilatının sədri barəsində başlanmış cinayət işini əsassız hesab edir

ADP partiyanın İmişli rayon təşkilatının sədri barəsində başlanmış cinayət işini əsassız hesab edir
# 25 iyul 2008 12:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Demokrat Partiyası (ADP) İmişli rayon təşkilatının sədri Məhbub Zülfüqarov barəsində cinayət işinin başlanması ilə bağlı partiya bu gün bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda rayon təşkilatının sədrinə qarşı İmişli rayonu mərkəzi bazarının müdiri Əziz Quliyevin iddiası əsasında Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə (ağır və xüsusi ilə ağır cinayətdə ittiham etməklə böhtan atma) cinayət işinin başlandığını, iyulun 29-da sonuncu məhkəmə iclasının keçiriləcəyi qeyd olunur. ADP rəhbərliyi partiya fəalına qarşı başlanmış cinayət işinin əsassız olduğunu bildirib və seçki ilində bunu müxalifət partiyasının fəaliyyətinə mane olmaq cəhdi kimi qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR