Bank Of Baku

Vətəndaş Həmrəyliyi Partiyası prezidentliyə namizədini iyulun 27-də müəyyənləşdirəcək

Vətəndaş Həmrəyliyi Partiyası prezidentliyə namizədini iyulun 27-də müəyyənləşdirəcək
# 25 iyul 2008 12:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) prezidentliyə namizədini Ali Məclisin iyulun 27-də keçirəcəyi ümumrespublika müşavirəsində müəyyənləşdirəcək. Partiyanın təşkilat şöbəsindən APA-ya verilən məlumata görə, müşavirədə VHP-nin seçkilərə hansı formada gedəcəyi barədə qərar qəbul ediləcək. Müşavirədə həmçinin partiyanın Siyasi Şurasının yeni tərkibi seçiləcək, sədrin yeni müavinləri müəyyənləşəcək. Məlumatda hazırda partiyada sədr Sabir Rüsmtəmxanlının namizədliyinin irəli sürülməsi və heç bir namizədi dəstəkləmədən seçkiyə qatılmaq təkliflərinin olduğu bildirilir.
Qeyd edək ki, VHP-nin ötən ilin dekabrında keçirilən qurultayında seçkidə iştirakla bağlı qərar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR