Bank Of Baku

ADP sədrinin müavini: “Ali Məclis prezident seçkilərində iştirakla bağlı elə qərar verməlidir ki, həmin qərarın siyasi məsuliyyətini daşıya bilsin”

ADP sədrinin müavini: “Ali Məclis prezident seçkilərində iştirakla bağlı elə qərar verməlidir ki, həmin qərarın siyasi məsuliyyətini daşıya bilsin”
# 25 iyul 2008 13:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azərbaycan Demokrat Partiyasında bu il keçiriləcək prezident seçkilərində iştirak etməyə həvəs yoxdur. Ona görə də partiyanın Ali Məclisi elə qərar qəbul etməlidir ki, həmin qərarın siyasi məsuliyyətini daşıya bilsin”. Bunu APA-ya açıqlamasında ADP sədrinin müavini Taliyət Əliyev deyib. Prezident seçkilərində iştirak qərarı vermiş partiyaların bu qərarlara yenidən baxması ilə bağlı bu ilin aprelində təkliflə çıxış etdiyini xatırladan T. Əliyev o zaman bu təklifin etirazla qarşılandığını qeyd edib: “Amma o zaman fikirlərimə qarşı olanlar indi mənim dediklərimə gəliblər. Çünki vəziyyət dəyişməyib, əksinə geriyə addımlar atılıb. ADP-də boykot mövqeyində olanların sayı artıb. Seçki Məcəlləsi demokratikləşmədiyi üçün seçkilərdə iştirakın mənasız olduğunu düşünənlər var. Biz üç həftədir İdarə Heyətinin genişləndirilmiş toplantısını keçirib seçkidə iştirak edib-etməmək barədə müzakirə aparırıq, lakin hələ də yekun qərar yoxdur. Güman edirəm ki, Ali Məclis obyektiv qərar verəcək”. T. Əliyevin sözlərinə görə, keçmiş təcrübələr göstərir ki, qərarlar emosional şəkildə qəbul edilir, lakin həmin qərarların icrası vaxtı ortada çox az adam qalır: “Ona görə elə qərar qəbul edilməlidir ki, ortaya nəticə qoya bilək”.
ADP sədrinin birinci müavini Həsrət Rüstəmov da partiyadaşının fikirləri ilə razılaşdığını bildirsə də, seçkilərdə iştirakı vacib hesab edir: “Seçki bir prosesdir və bu prosesdən kənarda qalmaq müsbət heç nə vəd etmir. Seçkiləri boykot etməklə hakimiyyətə hər hansı şəkildə təsir göstərmək mümkün deyil. Nə qədər çətin olsa da, biz bu prosesdə iştirak edib, maksimum nəticə üçün mübarizə aparmalıyıq”. H. Rüstəmov Ali Məclisin hansı qərarı qəbul edəcəyi barədə əvvəlcədən hər hansı fikir söyləməyi mümkünsüz sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR