Bank Of Baku

AMİP qurultayını prezident seçkilərindən sonra keçirəcək

AMİP qurultayını prezident seçkilərindən sonra keçirəcək
# 25 iyul 2008 14:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurultayı prezident seçkilərindən sonra keçiriləcək. Partiyanın sədr əvəzi, baş katib Fuad Muxtarov APA-ya bildirib ki, qurultay keçirmək üçün yer problemini həll edə bilmədikləri üçün ali toplantını payızda keçirməyə qərar veriblər: “Sonuncu dəfə qurultay keçirmək üçün yer ayırması xahişi ilə bir neçə mehmanxanaya müraciət etdik. Lakin bəzi mehmanxanaların rəhbərliyi qurultay keçirmək üçün müvafiq zallarının olmadığını bildirdi, bəzilərinin isə icarə haqqı yüksək olduğundan biz təkliflə razılaşmadıq”.
Qeyd edək ki, AMİP sədri Ayaz Rüstəmov ötən ilin dekabrında vəzifəsindən istefa verib. Partiya rəhbərliyi yeni sədr seçmək üçün bir neçə dəfə cəhd göstərsə də, yer problemi növbədənkənar qurultayın keçirilməsinə mane olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR