Bank Of Baku

İqtidaryönlü partiyaların Məşvərət Məclisi prezident seçkilərinə start veriləndən sonra fəallaşacaq

İqtidaryönlü partiyaların Məşvərət Məclisi prezident seçkilərinə start veriləndən sonra fəallaşacaq
# 25 iyul 2008 16:19 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. İqtidaryönlü partiyaların Məşvərət Məclisi prezident seçkilərinə start veriləndən sonra fəaliyyətini gücləndirəcək. Qurumun keçmiş rəhbəri, Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə APA-ya açıqlamasında bildirib ki, Məşvərət Məclisinin sonuncu iclasında sədrlik Yeni Azərbaycan Partiyasına (YAP) keçib. Həmin toplantıda quruma üzv partiyaların təşkilatlanması tövsiyə olunub: “Arxada qalan müddətdə Məşvərət Məclisində olan partiyalar yalnız təşkilati işlərlə məşğul olub. Artıq Ana Vətən və Sosial Rifah partiyaları qurultaylarını keçirib. Digər partiyalar da yaxın günlərdə təşkilati işlərə yekun vuracaq və seçki ilə bağlı YAP-la birgə konkret addımlar atılacaq”. M. Əlizadə həyata keçiriləcək tədbirlərin proqramının hazırlandığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR