Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir

Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir
# 26 iyul 2008 07:15 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri iyulun 25-də saat 18.10-dan 18.20-dək və 18.50-dən 19.00-dək fasilələrlə Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən, iyulun 26-da saat 00.32-dən 00.38-dək və 01.15-dən 01.20-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 01.20-dən 01.27-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 01.35-dən 02.00-dək isə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR