Bank Of Baku

Bələdiyyə seçkilərində koalisiya şəklində iştirakla bağlı AMİP-ə bir neçə partiyadan təklif gəlib

Bələdiyyə seçkilərində koalisiya şəklində iştirakla bağlı AMİP-ə bir neçə partiyadan təklif gəlib
# 29 iyul 2009 11:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində birgə iştirak etmək üçün Azərbaycan Milli İstiqlal Partiyasına (AMİP) bir neçə müxalifət partiyasından təklif daxil olub. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucov APA-ya bildirib ki, hazırda AMİP rəhbərliyi bu təklifləri dəyərləndirməklə məşğuldur. O, bələdiyyə seçkilərinə start verilənə kimi partiyanın seçkilərdə iştirak forması və müttəfiqləri ilə bağlı qərarın qəbul ediləcəyini deyib: “Hazırda partiyada seçkilərdə təkbaşına və koalisiya tərkibində iştirak etməklə bağlı fikirlər var. Amma şəxsən mən koalisiyalara qoşulmağın tərəfdarıyam. Çünki bələdiyyə seçkiləri daha çox insan resursları tələb edən seçkidir. Buna görə hər hansı müxalifət partiyasının seçkilərdə təkbaşına uğur qazanması mümkün deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR