Bank Of Baku

Şəmkirdə iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb - FOTO

Şəmkirdə iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb - FOTO
# 15 iyul 2026 21:50 (UTC +04:00)

Şəmkirdə iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, qəza Şəmkir–Kür qəsəbə avtomobil yolunda qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan VAZ-21012 və "Volkswagen Passat" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR