Bank Of Baku

Rövzət Qasımov: “Azərbaycanlı müşahidəçilərin Moldovada seçkiləri izləməsinə maneə yaradılması barədə xəbərlər əsassızdır”

Rövzət Qasımov: “Azərbaycanlı müşahidəçilərin Moldovada seçkiləri izləməsinə maneə yaradılması barədə xəbərlər əsassızdır”
# 29 iyul 2009 13:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Moldovada keçirilən növbədənkənar parlament seçkilərini izləyən Azərbaycanlı müşahidəçilər üçün heç bir problem yaradılmayıb”. Bunu APA-ya açıqlamasında Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov deyib. Onun sözlərinə görə, azərbaycanlı müşahidəçilərin seçkiləri izləməsinə qadağa qoyulması ilə bağlı yayılan məlumatlar dezinformasiyadır: “MSK-nın nümayəndələri Moldovaya bu ölkənin dəvəti ilə gediblər və hazırda səsvermə prosesini müşahidə edirlər. Onlar səslərin sayılması prosesində də iştirak edəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR