Bank Of Baku

Azərbaycan prezidenti Bakının Fəvvarələr meydanında yenidənqurma və “Nizami” küçəsindəki tarixi binalarda aparılan bərpa işləri ilə tanış olub

Azərbaycan prezidenti Bakının Fəvvarələr meydanında yenidənqurma və “Nizami” küçəsindəki tarixi binalarda aparılan bərpa işləri ilə tanış olub
# 29 iyul 2009 15:42 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyulun 29-da Bakının Fəvvarələr meydanında yenidənqurma və “Nizami” küçəsindəki tarixi binalarda aparılan bərpa işləri ilə tanış olublar. APA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, meydanda əsaslı təmir işləri yüksək səviyyədə görülür, ərazi tamamilə yenidən qurulur.

Prezident Fəvvarələr meydanında yenidənqurma işlərinin yüksək səviyyədə və keyfiyyətlə aparılmasına dair tapşırıqlarını verib.

Dövlət başçısı daha sonra “Nizami” küçəsindəki tarixi binalarda aparılan təmir-bərpa işlərinin gedişi ilə maraqlanıb. Ərazi ilə tanış olan prezidentə məlumat verilib ki, paytaxtın mərkəzindəki qədim binalarda aparılan təmir-bərpa işləri yüksək səviyyədə həyata keçirilir. Binaların orijinallığının qorunub saxlanılmasına xüsusi diqqət yetirilir.

Dövlət başçısı gələcəkdə də tarixi abidələrin qorunması ilə bağlı tapşırıqlarını verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR