Bank Of Baku

ADP 500-dək bələdiyyəyə namizəd irəli sürəcək

ADP 500-dək bələdiyyəyə namizəd irəli sürəcək
# 30 iyul 2009 09:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Demokrat Partiyasının (ADP) üzvlərinin bir hissəsi bələdiyyə seçkilərində namizədliyini irəli sürməkdən imtina edir. Bu barədə APA-ya partiya sədrinin birinci müavini Həsrət Rüstəmov məlumat verib. Onun sözlərinə görə, partiya üzvləri bələdiyyələrin statusunun az olması və həmçinin, seçkilərin demokratik keçirilmədiyini əsas gətirərək namizədliklərinin partiya tərəfindən irəli sürülməsinə etiraz edirlər. Buna görə də H. Rüstəmov partiyanın 500-dək bələdiyyəyə namizəd irəli sürə biləcəyini vurğulayıb: “Bir sıra hallarda biz üzvlərin müqaviməti ilə qarşılaşırıq və onlar qəti şəkildə namizədliklərini irəli sürməyə razılaşmırlar. Amma buna baxmayaraq, bu hal bizə ciddi problem yaratmır. Biz pulsuz efir vaxtı almaq xətrinə formal olaraq namizəd irəli sürməyi düşünmürük. Yalnız buna həvəsi və təbliğat aparıb qalib gəlməyə potensialı olan şəxslərin namizədliklərini irəli sürməyi düşünürük”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR