Bank Of Baku

Eldar Namazov Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin sədri seçilib

Eldar Namazov Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin sədri seçilib
# 31 iyul 2009 10:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin (AAMİK) sədri seçilib. E. Namazov APA-ya açıqlamasında bildirib ki, qurumda sədrlik növbəlilik prinsipi ilə həyata keçirilir və sədr həmsədrlər arasından seçilir. Təşkilatın üç il əvvəl 50-dən artıq QHT, həmçinin müxtəlif sahələr üzrə ekspertlər tərəfindən təsis olunduğunu bildirən E. Namazov sədrliyi dövründə Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı əsas sahələr üzrə fəaliyyətin güclənəcəyini qeyd edib: “Biz sonuncu toplantıda Azərbaycanın Avropaya inteqrasiya prosesinin monitorinqini həyata keçirmək barədə qərar qəbul etmişik. Burada bütün sahələr üzrə rübdə bir dəfə qiymətləndirmə olacaq. Həmçinin, maarifçilik tədbirlərinin həyata keçirilməsini planlaşdırırıq. Hazırda bizim regionlar və gənclərlə bağlı da xüsusi proqramlarımız hazırlanır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR