Bank Of Baku

“Azərbaycan Naminə” İctimai Forum bələdiyyə seçkilərində iştirak etməyəcək

“Azərbaycan Naminə” İctimai Forum bələdiyyə seçkilərində iştirak etməyəcək
# 31 iyul 2009 10:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azərbaycan Naminə” İctimai Forum bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində iştirak etməyəcək və seçki bloklarına qoşulmayacaq. Qurumun rəhbəri Eldar Namazov APA-ya açıqlamasında yalnız seçicilərin aktivləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirəcəklərini deyib. O, rəhbərlik etdiyi qurumun hazırda heç bir siyasi koalisiyada təmsil olunmadığını söyləyib: “Bizim siyasi qurumlarla yalnız müzakirələrimiz və əməkdaşlığımız olub. Bu müzakirə və əməkdaşlığı davam etdirmək fikrindəyik. Bu barədə yalnız gələn ilin aprelindən sonra düşünmək olar. Növbəti parlament seçkilərinə qədər müzakirələr aparıb qəti qərara gələcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR