Bank Of Baku

Azərbaycan prezidenti Naxçıvan şəhərində Heydər Əliyev Sarayının açılış mərasimində iştirak edib

Azərbaycan prezidenti Naxçıvan şəhərində Heydər Əliyev Sarayının açılış mərasimində iştirak edib
# 03 avqust 2009 11:45 (UTC +04:00)
Bakı - APA. Naxçıvan Muxtar Respublikasında (MR) səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sonra Naxçıvan şəhərində Heydər Əliyev Sarayının əsaslı yenidənqurmadan sonra açılış mərasimi keçirilib.

Prezident İ. Əliyev sarayın açılışını bildirən lenti kəsib, mədəniyyət ocağı ilə tanış olub.

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov dövlət başçısına məlumat verib ki, Heydər Əliyev Sarayının yenidən qurulması işlərinə 2008-ci ilin yanvarında başlanılıb.

Sarayda 943 yerlik konsert və 276 yerlik konfrans salonları var. Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Dövlət Filarmoniyası, rəsm qalereyası və film fondu da sarayın binasında yerləşir.

Dövlət başçısı görülən işləri yüksək qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR