Bank Of Baku

Moldovada keçirilən seçkiləri izləyən Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti vətənə dönüb

Moldovada keçirilən seçkiləri izləyən Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti vətənə dönüb
# 03 avqust 2009 12:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Moldovada keçirilən parlament seçkilərini izləyən Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti vətənə dönüb. Bu barədə APA-ya MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. O bildirib ki, nümayəndə heyətinin üzvləri paytaxt Kşinyovda və ətraf rayonlarda yerləşən seçki dairələrində səsvermənin gedişini izləyiblər. Onlar səslərin sayılması prosesində də iştirak ediblər. A. Sarıyevin sözlərinə görə, Azərbaycandan olan nümayəndələrin seçkiləri izləməsinə heç bir problem yaradılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR