Bank Of Baku

Azərbaycan prezidenti “Badamlı” mineral sular zavodunun açılışında iştirak edib

Azərbaycan prezidenti “Badamlı” mineral sular zavodunun açılışında iştirak edib
# 03 avqust 2009 14:10 (UTC +04:00)
Bakı - APA. Naxçıvan Muxtar Respublikasında (MR) səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev avqustun 3-də Naxçıvan şəhərində “Badamlı” mineral sular zavodunun açılışında iştirak edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,
dövlət başçısı zavodun işə düşməsini bildirən düyməni basıb.

Müəssisə ilə tanışlıq zamanı məlumat verilib ki, Badamlı təbii mineral suyunun mənbəyi Şahbuz rayonunun Badamlı kəndində, dəniz səviyyəsindən 1274 metr yüksəklikdə yerləşir. Qida üçün yararlı polietilen borularla zavoda gətirilən su burada sözgəcdən keçirilərək ionlaşdırıldıqdan sonra avtomatik üsulla butulkalara doldurulur.

“Badamlı” zavodu 1947-ci ildən Şahbuz rayonunda fəaliyyət göstərib. 1970-80-ci illərdə həmin müəssisə yenidən qurulduqdan sonra məhsulun 90 faizi respublikadan kənara göndərilib. 1990-cı ildə “Badamlı” zavodu yenidən işə salınıb. Müəssisə 2004-cü ildə özəlləşdirilib.

Naxçıvan şəhərində tikintisinə 2008-ci ilin avqustunda başlanmış zavod 2,1 hektar ərazidə yerləşir. Binanın ümumi sahəsi 9 min 590, istehsal sahəsi isə 3 min 600 kvadratmetrdir.

Zavodda Fransanın məşhur “SİDEL” şirkətinin avadanlığı quraşdırılıb.

Zavodun Almaniya avadanlığı ilə təchiz edilmiş laboratoriyaları məhsulun keyfiyyətini nəzarətdə saxlayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR