Bank Of Baku

ADP sədri Sərdar Cəlaloğlu ilə BAXCP sədri Qüdrət Həsənquliyev arasında insident baş verib

ADP sədri Sərdar Cəlaloğlu ilə BAXCP sədri Qüdrət Həsənquliyev arasında insident baş verib
# 04 avqust 2009 11:17 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev arasında insident baş verib. APA-nın məlumatına görə, “Dağlıq Qarabağ probleminin həllində siyasi partiyaların və QHT-lərin rolu və vəzifələri” mövzusunda keçirilən konfransında çıxış edən Q. Həsənquliyev işğal olunmuş Dağlıq Qarabağ torpaqlarının yalnız müharibə yolu ilə geri qaytarılmasının mümkün olduğunu deyib. O həmçinin, Azərbaycan Avropa Şurasına qəbul olunan zaman münaqişənin sülh yolu ilə həll olunması barədə öhdəlik götürmüş müxalifət partiyalarını öz imzalarından imtina etməyə çağırıb.

ADP sədri S. Cəlaloğlu isə millət vəkilinin fikirləri ilə razılaşmayıb: “Qüdrət Həsənquliyev özünü müxalifət adlandırır, özü də hökumətdədir və burada da müharibə çağırışı edir. Əgər müharibə deməklə vəziyyəti dəyişdirmək mümkündürsə, onda elə siz vəziyyəti dəyişdirmisiniz. Bizim küçədə müharibə deməyimizin nə mənası var? İddia olunur ki, guya biz ona görə müharibə demirik ki, Qərb bizi müdafiə etməyəcək. Qərb bizi müdafiə edirlərsə küçədə qalmışıq, amma sizi müdafiə etdilər, deputat oldunuz”.

Q. Həsənquliyev isə S. Cəlaloğlunun belə bir çıxışı iqtidara xoş gəlmək üçün etdiyini bildirib və onu xalqı təslimçiliyə çağırmamağa dəvət edib.

Millət vəkili Sabir Rüstəmxanlının müdaxiləsindən sonra tərəflər qarşıdurmanı dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR