Bank Of Baku

Azərbaycan prezidenti Naxçıvan Muxtar Respublikasının 85 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib

Azərbaycan prezidenti Naxçıvan Muxtar Respublikasının 85 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib
# 04 avqust 2009 12:11 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 85 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib. APA-nın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə geniş nitq söyləyib.

Dövlət başçısı qədim tarixə malik diyarın bugünkü inkişaf səviyyəsinə çatmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini, diqqət və qayğısını vurğulayıb, bu siyasətin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Azərbaycan prezidenti son illərdə muxtar respublikanın sosial-iqtisadi, mədəni tərəqqisində əldə olunmuş uğurları, muxtar respublika rəhbərliyinin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib.

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov da muxtar respublikanın 85 illiyi haqqında məruzə edib.

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial– iqtisadi inkişafında fərqlənmiş şəxslərə dövlət mükafatlarını, fəxri adları və Azərbaycan prezidentinin fəxri fərmanlarını təqdim edib.

Rəsmi hissədən sonra incəsənət ustalarının konserti olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR