Bank Of Baku

Əli Əhmədov Rumıniyanın Buxarest şəhərinin II sektorunun merini qəbul edib

Əli Əhmədov Rumıniyanın Buxarest şəhərinin II sektorunun merini qəbul edib
# 05 avqust 2009 10:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov Azərbaycanda səfərdə olan Rumıniyanın Buxarest şəhərinin II sektorunun meri Nikulai Onçanunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə Ə. Əhmədov Azərbaycan və Rumıniya arasında sıx münasibətlərin olduğunu bildirib, iki dövlət arasında münasibətlərin hər zaman inkişaf etdiyini vurğulayıb. Ə. Əhmədov bu səfərin xalqlar arasında dostluğun daha da möhkəmlənməsinə xidmət edəcəyini deyib.

Nikulai Onçanu isə xalqlar arasında dostluğun inkişaf etməsində Heydər Əliyevin böyük xidmətlərinin olduğunu bildirib: “Biz fəxr edirik ki, Türkiyədən sonra Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə Rumıniya dövləti olub”. Nikulai Onçanu müstəqil Azərbaycanın inkişafında Heydər Əliyevin misilsiz xidmətlər göstərdiyini qeyd edib, Buxarest şəhərində Heydər Əliyev adına park yaradıldığını və abidəsinin ucaldıldığını xatırladıb. Mer hazırda prezident İlham Əliyev tərəfindən dövlətlərarası dostluq münasibətlərinin davam etdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR