Bank Of Baku

Mübariz Əhmədoğlu: “İran Ermənistanı dəstəkləməklə sülh prosesini əngəlləməyə çalışır”

Mübariz Əhmədoğlu: “İran Ermənistanı dəstəkləməklə sülh prosesini əngəlləməyə çalışır”
# 05 avqust 2009 11:19 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi (SİTM) iyul ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin hesabatını açıqlayıb. APA-nın məlumatına görə, bu məqsədlə mərkəzin rəhbəri Mübariz Əhmədoğlu mətbuat konfransı keçirib. O, ABŞ prezidenti Barak Obamanın Rusiyaya səfərinin ötən ayın ən böyük hadisələrindən biri olduğunu qeyd edib: “Amma bu səfər iki ölkənin münasibətlərində ciddi dəyişiklik yaratmadı. Rusiya dünya maliyyə böhranından daha çox əziyyət çəkməsinin günahını ABŞ-da görür. ABŞ özünün iqtisadi qanunlarına baxmağı müzakirə mövzusuna çevirəcəyini ehtiyatla bildirdi. Bu, ABŞ-Rusiya münasibətlərində yeni mövzu oldu”.

İranda gedən prosesləri şərh edən politoloq bildirib ki, daxili-siyasi gərginliyin davam etməsinə baxmayaraq, İran Cənubi Qafqazda və Mərkəzi Asiyada cərəyan edən hadisələrə müdaxilə etməkdən çəkinmir: “İran son vaxtlar xeyli fəallaşıb. Üç həmsədr dövlət Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməyə çalışdığı bir vaxtda İran Ermənistanı dəstəkləməklə sülh prosesini əngəlləməyə çalışır. Mərkəzi Asiyada gərginliyin davam etməsinə görə də məsuliyyəti İran daşıyır. İran Xəzər dənizindəki “Kəpəz” yatağına iddia edən Türkmənistanı, sadə dildə desək, qızışdırmaqla bu ölkəni Azərbaycanla konfliktə sürükləyir”.

Hesabatda həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ötən ay həyata keçirilən tədbirlər, Türkiyə-Azərbaycan münasibətləri, Tbilisi ilə Moskva arasındakı münasibətlərin yenidən gərginləşməsi, Dmitri Medvedevin Cənubi Osetiyaya səfəri, Orta Asiyada baş verən bir sıra proseslər öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR