Bank Of Baku

Müsavat Partiyasının Gənclər Təşkilatı Azərbaycan Hərbi Komissarlığının qarşısında mitinq keçirmək haqda qərar qəbul edib

Müsavat Partiyasının Gənclər Təşkilatı Azərbaycan Hərbi Komissarlığının qarşısında mitinq keçirmək haqda qərar qəbul edib
# 05 avqust 2009 12:50 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyasının Gənclər Təşkilatı qurumun üzvü, “Hədəf” Gənclər Koalisiyasının sədri Ağasif Şakiroğlunun həbsinə etiraz olaraq avqustun 11-də mitinq keçirmək qərarı qəbul edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, aksiya Azərbaycan Hərbi Komissarlığının yerləşdiyi binanın qarşısına təyin edilib. Mitinqlə bağlı gənclər təşkilatı bu gün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Piketdə “Gənc müsavatçıya azadlıq!”, “Gəncliyə təzyiqlərə son!” şüarları səsləndiriləcək. Aksiyada 2000 nəfərin iştirak edəcəyi bildirilib.

Gənclər təşkilatı həmçinin A. Şakiroğlunun həbsini pisləyən bəyanatla çıxış edib və təşkilat üzvünün dərhal azadlığa buraxılmasını tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR