Bank Of Baku

“İrəli” “Gənc Liderlər üçün Yay Universiteti” adlı layihəyə start verir

“İrəli” “Gənc Liderlər üçün Yay Universiteti” adlı layihəyə start verir
# 06 avqust 2009 08:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “İrəli” İctimai Birliyi Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatlarının Milli Şurası birgə 8-17 avqustda Qazax rayonunda yerləşən Milli Olimpiya Kompleksində “Gənc Liderlər üçün Yay Universiteti” adlı layihəyə start verir. “İrəli”nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, layihə çərçivəsində 100 nəfər gənc lider üçün ritorika və natiqlik bacarıqları, liderlik təlimləri, işgüzar etiket, layihələrin yazılması və idarə olunması, insan hüquqları, şəbəkələşmə, müasir internet texnologiyaları mövzusunda təlimlər, Azərbaycan tarixinin XX əsri əhatə edən dövrü və azərbaycançılıq ideyası haqqında mühazirələr keçiriləcək. Bununla yanaşı, gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə maraqlı intellektual oyunlar, ekskursiyalar, idman yarışları, mədəni-əyləncəli proqramlar təşkil olunacaq. Yay Universiteti çərçivəsində həmçinin gənclər ətraf rayonlara müxtəlif səfərlər edəcək, o cümlədən sərhədyanı hərbi hissəni ziyarət edəcəklər.
Layihə çərçivəsində gənclərin müxtəlif sahələrdə tanınmış bir çox ictimai xadim və mütəxəssislə də görüşləri nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR