Bank Of Baku

“Hədəf” Gənclər Koalisiyasının sədri barəsindəki həbs-qətimkan tədbiri ləğv edilib

“Hədəf” Gənclər Koalisiyasının sədri barəsindəki həbs-qətimkan tədbiri ləğv edilib
# 06 avqust 2009 09:00 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bakı Apelyasiya Məhkəməsi Müsavat Partiyasının Gənclər Təşkilatının üzvü, "Hədəf" Gənclər Koalisiyasının sədri Ağasif Şakiroğlu barəsində Nərimanov rayon Məhkəməsində seçilmiş 1 aylıq həbs-qətimkan tədbirini ləğv edib. A. Şakiroğlunun vəkili Bəhruz Quliyevin APA-ya verdiyi məlumata görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən iclasda Nərimanov Rayon Məhkəməsinin A. Şakiroğlu barədə seçdiyi həbs-qətimkan tədbirinin əsasız olduğu bildirilib və onun sərbəst buraxılmasına qərar verilib. B. Quliyev deyib ki, həbs-qətimkan tədbiri ilə bağlı qərar ləğv olunsa da, cinayət işi ləğv olunmayıb.

Qeyd edək ki, avqustun 3-də saxlanılan A. Şakiroğlu barəsində Nərimanov Rayon Məhkəməsi 1 aylıq həbs-qətimkan tədbiri seçib. A. Şakiroğlu hərbi xidmətdən yayınmaqda ittiham olunub və onun barəsində Cinayət Məcəlləsinin 321.1 maddəsi ilə iş açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR