Bank Of Baku

Azərbaycanın yeni Ombudsmanının seçilməsi ilə bağlı namizədlər siyahısı parlamentə tövsiyə olunub

Azərbaycanın yeni Ombudsmanının seçilməsi ilə bağlı namizədlər siyahısı parlamentə tövsiyə olunub
# 25 fevral 2010 11:12 (UTC +04:00)
APA-nın xəbərinə görə, iclasda komitə sədri Rəbiyyət Aslanova çıxış edərək bildirib ki, Konstitusiyanın 109-cu maddəsinin 14-cü bəndini rəhbər tutaraq prezident İlham Əliyev tərəfindən Azərbaycanın Ombudsmanının seçilməsi üçün MM-ə namizədlərin siyahısı təqdim edilib.

Ombudsman vəzifəsinə namizədlərin hazırkı Ombudsman Elmira Süleymanova, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Teymur Məlikaslanov olduğu açıqlanıb.

Müzakirələrdən sonra hər üç namizədin adı olan sənəd parlamentin martın 5-də keçiriləcək plenar iclasının gündəliyinə tövsiyə olunub.

Qeyd edək ki, iclasda namizədlərin hər üçü iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR