Bank Of Baku

Avropa Xalq Partiyasının rəhbəri Azərbaycana gələcək

Avropa Xalq Partiyasının rəhbəri Azərbaycana gələcək
# 25 fevral 2010 12:35 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Martın 1-2-də Avropa Xalq Partiyasının prezidenti Vilfred Martensin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq. APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib. O bildirib ki, səfər çərçivəsində V. Martensin bir sıra görüşlər keçirməsi planlaşdırılıb. Eyni zamanda onun “Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm” adlı kitabının təqdimatı nəzərdə tutulub.

Qeyd edək ki, Vilfred Martens uzun illər Belçikanın baş naziri olub. Avropa Xalq Partiyasının yaradıcılarından biridir. Avropanın 38 ölkəsindən 74 siyasi partiyanı öz sıralarında birləşdirən Avropa Xalq Partiyası Avropa Parlamentində çoxluğa sahibdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR