Azərbaycan Milli Məclisinin komitəsində Ombudsmanın fəaliyyəti tənqid olunub
Komitə üzvü İqbal Ağazadə təqdim olunan siyahıda adı olan hazırkı Ombudsman Elmira Süleymanovanın fəaliyyətindən narazı olduğunu, səsvermə zamanı onun namizədliyinin əleyhinə çıxacağını deyib.
Komitə üzvü Arzu Səmədbəyli isə təqdim edilən hər üç namizədin düzgün seçim olmadığını bildirib. Onun sözlərinə görə, daha uğurlu namizədlər təqdim oluna bilərdi.
Komitə üzvü Fuad Muradov namizədlərin hər üçünün haqqında müsbət fikir səsləndirsə də, ümumiyyətlə Ombudsman Aparatından gənclərin işləməsinə üstünlük verilməsini məqsədəuyğun hesab edib: “Gənclərə kömək edilməlidir. Mən demirəm ki, yaşlı adamlar işləməsinlər, ancaq bu gün daha çox gəncliyə meydan verilməli, onların aktiv fəaliyyətinə şərait yaradılmalıdır. Hər kim seçilsə, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq uğrunda aktiv işləməlidir”.
Komitə üzvü Cavanşir Paşazadə isə Elmira Süleymanovanın fəaliyyətini təqdir etdiyini, səsvermə zamanı onu dəstəkləyəcəyini bildirib.
Komitənin sədr müavini Yevda Abramov hazırkı Ombudsman Elmira Süleymanovanın fəaliyyətini müsbət qiymətləndirsə də, gənc namizədlərin özünü sınaması üçün onlara meydan verilməsini mümkün sayıb.
Müzakirələrə komitə sədri Rəbiyyət Aslanova yekun vurub. R. Aslanova gənclərə şərait yaradılmasını, onların namizədliyinin parlamentə təqdim edilməsini yüksək qiymətləndirdiyini deyib: “Gənclərə özlərini göstərmək üçün yol verməliyik”.
R. Aslanova bir neçə gün sonra parlamentdə Ombudsmanın illik məruzəsinin dinlənəcəyini xatırladaraq, hesabatı təqdim edəcək şəxsin diqqətinə bəzi məsələləri çatdırıb: “Mən deyə bilmərəm hesabatı bizə bu namizədlərdən kim təqdim edəcək. Ancaq istəyirəm ki, builki məruzə konkret hazırlansın. Bu məruzədə məmur qorxusu olmasın, konkret adlar açıqlansın, kimlərin yol verdiyi qanun pozuntusuna görə cəzalandırıldığı açıq şəkildə yazılsın. Bir sözlə bu icmal kifayət qədər ciddi olsun” .
Qeyd edək ki, parlamentin martın 5-də keçiriləcək iclasında İnsan hüquqları üzrə Müvəkkil vəzifəsinə üç namizəddən biri seçiləcək. Dövlət başçısı tərəfindən Milli Məclisə təqdim olunan namizədlər hazırkı müvəkkil Elmira Süleymanova, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Teymur Məlikaslanovdur.
Daxili siyasət
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Xəbər Lenti
Tramp bir sıra jurnalistlərin Ağ Evə girişini qadağan edib
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
KİV: İranla müharibə ABŞ vergi ödəyicilərinə 43,6 milyard dollara başa gəlib
İstanbulda söküntü zamanı binanın bir hissəsi çöküb, 2 nəfər yaralanıb
Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın olub - VİDEO
Tramp İranın ABŞ-la razılaşma əldə etmək istədiyini düşünür
Nobel mükafatının məbləği artırılıb
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - VİDEO
FHN-in əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib
Hərbi qulluqçularımız Koreyada keçirilən beynəlxalq müsabiqədə iştirak edib
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
Ceyhun Hacıbəyli küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq
AMEA Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan qalmaqala dair bəyanat yayıb
Həsən Həsənov: Albaniya e.ə. 4-cü əsrdə yox, e.ə. 66-cı ildə yaranıb
"Neftçi" Azərbaycan çempionatlarında 1000-ci matçında qələbə qazanıb
Peskov: Rusiyanın ilin sonuna qədər 300 min nəfəri orduya çağırmaq planı yoxdur
Trump Tower Tbilisi Gürcüstan paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib
İdarə: Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri aparılıb - FOTO
"Le Figaro": Fransada dizelin qiyməti rekord həddə çatıb
Rejissor Andrey Zvyaqintsev Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub - FOTO
"PeşəFest-2026" başlayıb
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - VİDEO
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb
Qubada yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Rusiya Ermənistana xəbərdarlıq edib
Rəsmi Bakı Fransanın Azərbaycana səyahət xəbərdarlığını rədd edir
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Makronun həyat yoldaşı ilə bağlı məhkəmə işində bəraət alan jurnalist Nataşa Rey vəfat edib
Yevlaxda iki yük maşını toqquşub
“PAŞA Sığorta” “Daha sağlam və sığortalı gələcək üçün” xeyriyyə aksiyasına dəstək verib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib
Rabitəbank 32-ci filialını Bakıxanovda açıb - FOTO
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
FHN Cəlilabadda seminar-müşavirə keçirib
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib
Gürcüstan XİN Tsxinvali bölgəsində keçirilən “prezident seçkiləri”ni qınayıb
Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur
Bəhruz Nağıyev: Bank sektorunda rəqabət kifayət qədər yüksəkdir
“Nar dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
Cəlilabadda zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - FOTO
General-mayor İsgəndər Allahverdiyev Hərbi Memorial Məzarlıqda dəfn edilib - FOTO - YENİLƏNİB
“PAŞA Bank” gələn ay səhmdarlarına dividend ödəyəcək
Ziya Bünyadov prospektinin bir hissəsində avtobus zolağının qüvvədə olma saatı uzadılıb
Salyanda motosiklet piyadanı vuraraq öldürüb