Bank Of Baku

“Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri: “İcmaların danışıqlarda iştirakının tərəfdarı deyiləm”

“Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri: “İcmaların danışıqlarda iştirakının tərəfdarı deyiləm”
# 26 fevral 2010 09:40 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov müdafiə naziri Səfər Əbiyevin işğal altında olan torpaqların hərbi yolla azad olunması barədə bəyanatına münasibət bildirərkən deyib. B. Səfərov münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar limitinin hələ bitmədiyini qeyd edib. O, danışıqlarda icmaların iştirakına tərəfdar olmadığını da vurğulayıb: “Bu, respublikalar arasında müharibəsidir. Müharibə Ermənistan-Dağlıq Qarabağ-Azərbaycan formatındadır. İcma isə dövlətin gördüyü işi görə bilməz. İcma yalnız ictimai danışıqlar apara, insanların öz yerlərinə qayıtması ilə məşğul ola bilər”.

Münaqişənin sülh yolu ilə həll olunacağı halda erməni və azərbaycanlı icmasının Dağlıq Qarabağda sülh şəraitində yaşamaq imkanlarına gəldikdə, B. Səfərov bildirib ki, Dağlıq Qarabağda yaşayan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini daşıyan hər bir şəxs bu ölkənin vətəndaşı sayılır: “Həmin vətəndaşlar da Azərbaycan qanunlarına hörmət edib, Azərbaycandakı digər azsaylı xalqlar kimi yaşamaq hüququna malikdir. Biz demokratik dövlətik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR