Bank Of Baku

Bölgələrdə Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirilib

Bölgələrdə Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirilib
# 26 fevral 2010 09:51 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı - APA. Neftçala, Salyan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul rayonunda və Şirvan şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirilib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, anım tədbirlərində uşaqların rəsm sərgiləri təşkil edilib, şeirlər söylənilib və kinofilmlər nümayiş etdirilib. Tədbirlər dövlət müəssisələrində, şəhər və rayon icra hakimiyyətlərinin konfrans zallarında da təşkil olunub. Şəhidlər xiyabanları ziyarət edilib və məzarların üzərinə gül dəstələri qoyulub. Bəzi rayonlarda məskunlaşmış Xocalı sakinləri ilə görüşlər keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR