Bank Of Baku

Azərbaycan Avropa Hərəkatının prezidenti Beynəlxalq Respublikaçılar İnstitutunun ölkə üzrə direktoru ilə görüşüb

Azərbaycan Avropa Hərəkatının prezidenti Beynəlxalq Respublikaçılar İnstitutunun ölkə üzrə direktoru ilə görüşüb
# 26 fevral 2010 15:24 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Avropa Hərəkatının (AAH) prezidenti Surxan Lətifov Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) ölkə üzrə direktoru Ceyk Consla görüşüb. AHH-ın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüş zamanı BRİ-nin Azərbaycanda fəaliyyətini dayandırması ilə bağlı məsələ müzakirə edilib. C. Cons təmsil etdiyi təşkilatın Azərbaycanda fəaliyyətini dayandırmasının səbəbləri barədə məlumat verib. S. Lətifov Azərbaycanda demokratik proseslərə dəstək olmağı qarşısına məqsəd qoyan BRİ-nın ölkədə fəaliyyətini dayandırmasını arzuolunmaz hal kimi dəyərləndirib.

Görüşdə təşkilatlar arasında əməkdaşlığın bundan sonra da davam etdirilməsi məqsədəuyğun sayılıb.

C. Cons AAH-nın BRİ-nin Tiflis şəhərindəki ofisi vasitəsilə əlaqələri davam etdirəcəklərinə ümidvar olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR