Bank Of Baku

Ümid Partiyasının sədri ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru ilə görüşüb

Ümid Partiyasının sədri ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru ilə görüşüb
# 26 fevral 2010 15:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Ümid Partiyasının sədri İqbal Ağazadə ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycan üzrə direktoru Aleks Qriqoryevslə görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Azərbaycanın demokratikləşməsi prosesində siyasi təşkilatların, o cümlədən Ümid Partiyasının rolu, qarşıdan gələn parlament seçkiləri müzakirə edilib. Tərəflər arasında gələcəkdə qarşılıqlı əməkdaşlıq, MDİ-nin davamlı olaraq həyata keçirdiyi demokratikləşməyə dair müxtəlif layihələrdə Ümid Partiyasının iştirakı qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR