Bank Of Baku

Fuad Muxtarov: “Agent söhbətini ortaya atanlar da agentdir”

Fuad Muxtarov: “Agent söhbətini ortaya atanlar da agentdir”
# 27 fevral 2010 08:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Xarici ölkələrin xüsusi xidmət orqanlarına işləyən agentlər söhbətini ortaya atanlar da agentdir və zaman-zaman bu kimi oyunlarda özləri də iştirak edirlər. Mən isə bu oyunlarda rol almadığım üçün bu barədə danışmaq fikrində deyiləm”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi, sədr əvəzi Fuad Muxtarov deyib. O bildirib ki, partiyalar arasında agent axtarmaq köhnə xəstəlikdir və bu xəstəliyi müalicə etməyin bir yolu var ki, o da bu adamların sıradan çıxmasıdır: “Bunların hamısı qəsdən ortaya atılmış fikirlərdir, ictimai diqqəti başqa yerə yönəltmək üçün belə fikirlər səsləndirirlər. Əslində bunlar lazımsız söhbətlərdir. Agent kimdirsə, o həmişə öz oyununu oynayır”.

Baş katib parlament seçkilərində müxalifətin birgə iştirakına tərəfdar olduğunu, lakin hazırda AMİP-in heç bir partiya ilə danışıq aparmadığını söyləyib: “Bu istiqamətdə konkret addım atılmayıb. Bizimlə rəsmi danışıq aparılmayıb. Biz də danışıqlar üçün hələ qəti qərar verməmişik, amma danışıqların aparılmasında maraqlıyıq. Bu məsələləri masa arxasında əyləşib müzakirə etmək lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR