Bank Of Baku

Sərdar Cəlaloğlu parlament seçkilərində müxalifətin koalisiya şəklində iştirakı ilə bağlı təkliflərini partiya rəhbərlərinə təqdim edib

Sərdar Cəlaloğlu parlament seçkilərində müxalifətin koalisiya şəklində iştirakı ilə bağlı təkliflərini partiya rəhbərlərinə təqdim edib
# 27 fevral 2010 09:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu parlament seçkilərində müxalifətin koalisiya şəklində iştirak etməsi ilə bağlı təkliflərini partiya rəhbərlərinə təqdim edib. ADP sədrinin müavini Həsrət Rüstəmov APA-ya bildirib ki, təkliflərə həmin partiyaların rəhbərliyində aparılacaq müzakirələrdən sonra cavab veriləcək.

H. Rüstəmov ADP sədrinin Müsavat, Ümid, Milli İstiqlal partiyaları, “Azadlıq” bloku, Demokratiya Uğrunda İttifaqın rəhbərləri ilə görüşdüyünü söyləyib: “Burada məqsəd müxalifətin parlament seçkilərində mümkün olan ən böyük koalisiyasının yaradılmasıdır. Koalisiyanın konkret formaları və strategiyası ilə bağlı bir neçə variant var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR