Azərbaycan prezidenti İlham Əliyev Qəbələ rayonunda bir neçə yeni obyekt və müəssisəsinin açılışında iştirak edib - YENİLƏNİB
Daha sonra prezident Qəbələdə “Gilan” piano fabrikinin açılışında iştirak edib. Dövlət başçısı açılışı bildirən lenti kəsib və müəssisənin işi ilə yaxından tanış olub. Prezidentə məlumat verilib ki, ölkəmizdə sənayenin, xüsusilə qeyri-neft sektorunun inkişafı diqqət mərkəzindədir. Bu baxımdan ənənəvi istehsal sahələri ilə yanaşı, yeni istehsal müəssisələri də fəaliyyətə başlayır. Qəbələ rayonunda inşa edilən “Gilan” piano fabriki də belə istehsal qurumlarından biridir. Ən son beynəlxalq standartlara cavab verən fabrik inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş 6 otaqda köklənir və sazlanır. Fabrikdə ildə 1200-1500 piano istehsal ediləcəkdir. Hazırda burada 120 nəfər çalışır. Müəssisə tam gücü ilə işləməyə başlayandan sonra işçilərin sayı 350-yə çatdırılacaq. Fabrikin 150 nəfərlik yeməkxanası, sərgi salonu və yataqxanası var, ərazidə əsaslı abadlıq işləri aparılıb. Prezident İlham Əliyevə müəssisədə istehsal olunmuş piano hədiyyə edilib.
Prezident həmçinin Qəbələdə meyvə-tərəvəz saxlamaq üçün tikilmiş soyuducu anbar ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, tikintisi 2008-2009-cu illərdə həyata keçirilmiş anbarın ümumi sahəsi 7800 kvadratmetrdir. Üç hektar ərazini əhatə edən anbarda 5 min ton meyvə-tərəvəz məhsulları saxlamaq mümkündür. İtaliya istehsalı olan avadanlığın quraşdırıldığı anbarda məhsulların saxlanması xüsusi texnologiya ilə həyata keçirilir. Soyutma sistemi dispetçer məntəqəsindən idarə olunur və anbarlara yığılan məhsulun xarab olmaması üçün xüsusi nəmləndirici proses həyata keçirilir. Hazırda anbarda 50 nəfər işlə təmin olunmuşdur. Prezident İlham Əliyev müəssisədəki meyvəçeşidləmə sexində də olub.
Prezident İlham Əliyev “Gilan-Holdinq”in müxtəlif müəssisələrində istehsal olunan məhsulların sərgisinə də baxıb. Dövlət başçısına məlumat verilib ki, 8 növ konyak, 14 növ şərab, 84 növ şirə istehsal edən bu müəssisələrin məhsulları ölkəmizdən kənarda da kifayət qədər tanınır. Bundan başqa, “Gilan Holdinq”in zeytundan müxtəlif qida məhsulları hazırlayan, yeyinti məhsulları istehsal edən və süd emalı müəssisələri də var. Bu müəssisələr hazırda MDB ölkələri də daxil olmaqla, 28 dövlətlə ticarət əməliyyatları aparır.
Prezident İlham Əliyev səfər çərçivəsində Qəbələdə yeni avtovağzal binasının açılışında iştirak edib. Açılışı keçirilən ikimərtəbəli yeni avtovağzal binası 1,5 hektar ərazidə inşa edilib. Zəruri xidmət sahələri ilə təmin edilmiş binanın birinci mərtəbəsində kassalar, gözləmə və tibb otaqları, digər bölmələr var. Müasir üslubda inşa edilən obyektin ikinci mərtəbəsində isə inzibati otaqlar yerləşir. Həyətdə geniş abadlıq işləri görülüb, yaşıllıq zolağı salınıb, ağaclar əkilib. Qəbələdə nəqliyyat sahəsinin inkişafına ciddi təsir göstərəcək yeni avtovağzaldan rayonun bütün kəndlərinə marşrutlar işləyəcək. Həmçinin ölkədaxili istiqamətlərdə də yeni marşrutların açılması planlaşdırılır. Bundan əlavə, Türkiyə, Rusiya və MDB-nin digər dövlətlərinə də avtobus reysləri açılacaq. Bu, Qəbələ rayonuna turist axınının daha da artmasını təmin edəcək.
Prezident İlham Əliyev Qəbələnin Zarağan kəndində məcburi köçkünlər üçün salınmış məhəllədə olub. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov görülən işlərlə bağlı prezidentə məlumat verib. O bildirib ki, Qəbələ rayonunun Zarağan bələdiyyəsi ərazisində məcburi köçkün ailələri üçün məhəllənin tikintisinə 2008-ci ilin oktyabrında başlanıb və inşaat işləri cari ilin fevralında yekunlaşdırılıb. Rayondakı “Qafqaz” turizm bazası və “Lalə” sağlamlıq mərkəzində müvəqqəti məskunlaşan 155 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan və 4 hektar sahəni əhatə edən məhəllədə beşmərtəbəli 2 yaşayış binası və 188 şagird yeri olan məktəb binası tikilib. Beşmərtəbəli binalardan biri 80, digəri isə 75 mənzillidir. Ümumi sahəsi 10 min 946 kvadratmetr olan yaşayış binalarında 30 birotaqlı, 70 ikiotaqlı və 55 üçotaqlı mənzil var. Məhəllənin su, elektrik enerjisi və qaz təchizatı üçün müvafiq şəbəkələr yaradılıb. Buraya uzunluğu 2 kilometrdən çox olan qaz xətti çəkilib, həmçinin 4 artezian quyusu qazılıb, 1,4 kilometr uzunluğunda su xətti istifadəyə verilib. Məhəllədə kanalizasiya şəbəkəsi, istilik sistemi yaradılıb, əraziyə asfalt-beton örtük salınıb, abadlıq və yaşıllaşdırma işləri görülüb. Sonra məcburi köçkünlər və Qəbələ rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev yeni mənzil alanları təbrik edib, ölkəmizdə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması istiqamətində görülmüş işlərdən danışıb. Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Prezident İlham Əliyev həmçinin Qəbələdə uşaq bağçasının açılışında iştirak edib. Bu uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. Ümumi sahəsi 942 kvadratmetr olan ikimərtəbəli uşaq bağçası 70 yerlikdir. Bağçada balacaların təlim-tərbiyəsi və istirahəti üçün hər cür şərait yaradılıb. Uşaq bağçasında xüsusi məşğələ otaqları fəaliyyət göstərir, uşaqların dünyagörüşünü zənginləşdirmək üçün müxtəlif əyani vəsaitlərdən istifadə edilir. Onların qidalanması da diqqət mərkəzində saxlanılır. Bina istilik sistemi ilə təchiz edilib.
Prezident İlham Əliyev Qəbələdə “Qafqaz-Park” Gənclik Mərkəzinin açılışında da iştirak edib. Dövlət başçısı əvvəlcə 900 kvadratmetr sahəsi olan süni buz meydançası ilə tanış olub. Müasir standartlara uyğun qurulan bu meydança yerli əhalinin və turistlərin marağına səbəb olub. Ümumi sahəsi 16 hektar olan parkda müxtəlif iaşə obyektləri, üzgüçülük hovuzları, süni göllər, kafelər, uşaq əyləncə mərkəzləri inşa olunub. Ərazidə müxtəlif dekorativ ağac, kol və güllərdən ibarət yaşıllıq salınmış, orijinal fəvvarələr, müasir işıqlandırma sistemi quraşdırılıb. Mərkəzdə 150 nəfər işlə təmin olunacaq.
Dövlət başçısı Qəbələyə səfəri çərçivəsində “Qafqaz Sahil” mehmanxana kompleksinin tikintisi ilə tanış olub. Prezidentə məlumat verilib ki, böyük turizm imkanlarına malik Qəbələdə yeni obyektlərdən olan “Qafqaz Sahil” mehmanxana kompleksi yeddimərtəbəli əsas binadan və 38 kottecdən ibarətdir. Ümumi sahəsi 21 min 600 kvadratmetr olan binada 123 nömrə olacaqdır. Onlardan 100-ü standart, 18-i syutdur. Nömrələrdən 5-i isə xüsusi qonaqlar üçün nəzərdə tutulub. Kompleksdə 3 konfarns zalı, 2 restoran fəaliyyət göstərəcək, bundan əlavə, açıq və qapalı hovuzlar da qonaqların ixtiyarına veriləcək.
Ölkə rəhbəri sonra Qəbələdəki “Laza” yarımstansiyasının açılışında iştirak edib. “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib ki, 110 kilovoltluq “Laza” yarımstansiyası ölkənin energetika sisteminin paylayıcı və ötürücü şəbəkəsinin yenidən qurulması, müasirləşdirilməsi işləri çərçivəsində tikilib. Sahəsi 1,5 hektar olan yarımstansiyada inşaat işlərinə 2008-ci ilin dekabr ayında başlanıb. Yarımstansiyanın layihəsi “Azenerji”nin daxili imkanları hesabına maliyyələşdirilib. Ərazidə geniş miqyasda abadlıq və yaşıllaşdırma işləri aparılıb, transformatorlar üçün təmir meydançaları tikilib, daxili yollar çəkilib. Laza-Qəbələ yolundan yarımstansiyaya bir kilometrə qədər asfalt yol salınıb. Rayon üçün mühüm əhəmiyyət kəsb edən yarımstansiya Qəbələ şəhərini, “Qafqaz” turizm kompleksini, Laza və Durca kəndlərini, eləcə də bir sıra obyektləri elektrik enerjisi ilə təmin edəcək, həmçinin enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin etibarlı və sabit işləməsinə imkan verəcək. Yarımstansiyanın qidalandırılması üçün “Qəbələ” yarımstansiyasından hər birinin uzunluğu 6 kilometrdən çox olan 110 kilovoltluq iki hava xətti çəkilib. 12 çıxış xəttinə malik “Laza” yarımstansiyasında hər birinin gücü 16 meqavoltamper olan iki transformator quraşdırılıb. Yarımstansiyada quraşdırılacaq avadanlıq İsveçrənin ABB şirkətinə məxsusdur. Prezident İlham Əliyev paylayıcı qovşaq bölməsində olub, dispetçer məntəqəsində yarımstansiyanı işə salıb.
Prezident Qəbələdə “Qafqaz Resort” mehmanxanasının yeni korpusunun açılışında da iştirak edib. Bildirilib ki, 6 mərtəbəli yeni korpus 60 otaqdan ibarətdir. Onlardan 36-sı standart, 23-ü lüks, biri isə kral nömrəsidir. Binada restoran, kafe və bar fəaliyyət göstərir. Korpusda internet xidməti təşkil edilib. Yeni korpusla yaxından tanış olan İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirib.
Dövlət başçısı daha sonra Qəbələdə “Fitnes” sağlamlıq mərkəzinin açılışına qatılıb. O, mərkəzlə yaxından tanış olub. Məlumat verilib ki, 5 hektar ərazidə müasir üslubda inşa edilmiş bu mərkəz istirahətlə yanaşı, turistlərin müayinə və müalicəsinə də xidmət edir. Burada 700 yerlik amfiteatr, kinozal, saunalar, SPA kabinetləri, hidromasaj otaqları, müalicə vannaları fəaliyyət göstərir. Mərkəzdə həmçinin boulinq zalı, reytbol, stolüstü oyun masaları və digər idman qurğuları da quraşdırılıb. Uşaqlar üçün xüsusi üzgüçülük hovuzları tikilib, uşaq klubu yaradılıb. “Fitnes” sağlamlıq mərkəzində eyni vaxtda 300 qonağın istirahət etməsi üçün imkan var. Onların xidmətində 80 nəfərlik heyət dayanacaq. Prezident mərkəzin ayrı-ayrı bölmələrinə, kinozala baxıb, açıq konsert salonunda rayonun uşaq və yeniyetmələrdən ibarət xalq çalğı alətləri ansamblının ifasında “Koroğlu” operasından “Cəngi”yə qulaq asıb.

Daxili siyasət
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb