Bank Of Baku

BAXCP Konstitusiya Qanunu hazırlayır

BAXCP Konstitusiya Qanunu hazırlayır
# 01 mart 2010 11:41 (UTC +04:00)
Bakı – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. BAXCP-dən APA-ya verilən məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə edilib.

Əsas müzakirə mövzusu Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarına əlavə və dəyişikliklərin edilməsinə dair Konstitusiya Qanununun hazırlanması məsələsi olub. BAXCP İdarə Heyəti partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyev tərəfindən Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı Milli Məclisdə səsləndirdilən təkliflərin qanun layihəsi kimi hazırlanması, Prezident Administrasiyasına, Milli Məclisə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə təqdim oluması barədə qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR