Bank Of Baku

AKP parlament seçkilərində iştirak edəcək

AKP parlament seçkilərində iştirak edəcək
# 01 mart 2010 12:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Kommunist Partiyası (AKP) bu il keçiriləcək parlament seçkilərində iştirak barədə qərar qəbul edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, AKP Mərkəzi Komitəsinin Rəyasət Heyətinin iclasında parlament seçkiləri ilə bağlı iş planı müzakirə edilərək təsdiqlənib. Seçkilərlə əlaqədar AKP-nin seçki qərargahı və mərkəzi seçki fondu yaradılıb. Partiyanın sədri Rauf Qurbanov seçki qərargahının, AKP MK Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri Nizami Abbasov isə seçki fondunun rəhbəri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR