Bank Of Baku

ADP Xocalı abidəsinin ziyarət olunmasının rəsmi diplomatik protokola daxil edilməsini istəyir

ADP Xocalı abidəsinin ziyarət olunmasının rəsmi diplomatik protokola daxil edilməsini istəyir
# 01 mart 2010 14:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası (ADP) Xocalı soyqırımının baş verdiyi gün olan 26 fevralın Azərbaycanda qeyri-iş günü elan edilməsini istəyib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ADP İdarə Heyətinin martın 1-də keçirilən iclasında qurum üzvləri soyqırımı törədən şəxslərin cəzalandırılması üçün beynəlxalq məhkəməyə müraciət edilməməsindən narahatlıqlarını bildiriblər. Partiya Xocalı abidəsinin ziyarət olunmasının rəsmi diplomatik protokola daxil edilməsi tələbini də irəli sürüb.

Toplantıda ABŞ Konqresində qondarma “erməni soyqırımı”nın tanınması istiqamətində nəzərdə tutulan müzakirələr pislənilib. ADP ABŞ rəsmilərini Cənubi Qafqazda, eləcə də Yaxın Şərqdə sülh və təhlükəsizlik sisteminin pozulmasına yönəlmiş bu cür addımları atmaqdan çəkinməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR