Bank Of Baku

Müsavat Rəsulzadə-Elçibəy ideyasına sadiq olan partiyaları birliyə çağırır

Müsavat Rəsulzadə-Elçibəy ideyasına sadiq olan partiyaları birliyə çağırır
# 01 mart 2010 16:00 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyası bu il keçiriləcək parlament seçkilərində müxalifətin mümkün koalisiyası barədə öz təklifini bir daha elan edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə Müsavat Divanının iclasında partiyanın real müxalifətin birliyini və güclü namizədlər ideyasını təklif etdiyi vurğulanıb: “Nüvəsində Müsavat, AXCP, KXCP kimi Rəsulzadə-Elçibəy ideyasına sadiq olan partiyaların dayandığı belə bir birliyə digər partiyaların, ictimai təşkilatların, güclü namizədlərin cəlb edilməsi mümkün və məqsədəuyğun sayılır”.

İclasda həmçinin ölkədəki seçkiöncəsi şərait müzakirə edilib və bu şəraitin demokratikləşməsi, Seçki Məcəlləsinin təkmilləşdirilməsi, o cümlədən seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması, Seçki Məcəlləsində namizədlərin qeydə alınması zamanı depozit qaydasının bərpa olunması, proporsional seçki sisteminin bərpası, sərbəst toplaşmaq azadlığının bərqərar edilməsi istiqamətində mart ayından əməli tədbirlərə başlanması qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR